• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Harvard Universitetinin professoru "Yeni çağırışlar"da

8 fevral saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında Harvard Universitetinin professoru, məşhur tədqiqatçı və elm xadimi Emiliana Veyqəs qonaq olacaq. Dünyaşöhrətli alim ilə təhsil imkanları və müəllimlik fəaliyyətinin effektivliyinin artırılması barəsində danışılacaq.  

 

Emiliana Veyqəs Harvarddan əvvəl uzun illər Dünya Bankında çalışıb, təhsil sistemləri ilə əlaqədar tədqiqatlara rəhbərlik edib. Bununla yanaşı, Brukinqs İnstitutunda Təhsil Mərkəzinin direktoru, İnter-Amerikan İnkişaf Bankında isə Təhsil şöbəsinin müdiri olub.   

 

Qeyd edək ki, proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.


1 il əvvəl