Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
2 saylı Sumqayıt regional "ASAN xidmət" Mərkəzində təhsil xidmətləri
Yeni fəaliyyətə başlayan 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb.
Təhsil xidmətləri ilə bağlı elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra Bakı şəhərində fəaliyyət göstərən 5 və 7 saylı “ASAN xidmət” mərkəzləri və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.
Mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür. Bu təhsil xidmətlərinin sırasına daha bir xidmət də əlavə olunub. Belə ki, vətəndaşlar bundan sonra məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat xidmətindən yararlanmaq üçün də adı çəkilən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.
Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır.
Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler
05.08.2022 - 10:10
Elanlar
-
Macarıstanın “Dövlət Xidmətləri Universiteti” 2022/23-cü il tədris ili üçün “Ludovika Alimləri Qonaq Mühazirə” proqramına qəbul elan edir
25.07.2022 - 09:53 -
Özbəkistan Respublikasında 2022-2023-cü tədris ili üzrə magistratura səviyyəsində təhsil imkanı
04.07.2022 - 14:15 -
2022-2023-cü tədris ili üçün "2022-2026-cı illər üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsilə dair tələbə qəbulu
06.06.2022 - 16:20 -
"İnsan kapitalı" işçi qrupunun iclası keçiriləcək - ELAN
12.05.2022 - 17:12 -
Yaponiyada 2022-2023-cü tədris ili üzrə təqaüdlü təhsil almaq imkanı
11.05.2022 - 09:50