• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“TEXNOFEST Azərbaycan”da “STEAM Azərbaycan” layihəsi

26-29 may 2022-ci il tarixlərində Bakıda “Teknofest Azərbaycan” festivalı keçiriləcək. Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində təşkil olunacaq. 

 

Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Tədbir sərgi və müsabiqələr şəklində keçiriləcək.

 

Təhsil Nazirliyi festivalda STEAM layihəsinin təşkilatçılığı ilə şagird və tələbə kateqoriyaları üzrə keçirilən “Baku Skills” müsabiqəsinin final mərhələsi, həmçinin “STEAM Azerbaijan” layihəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Universitetinin 6 layihəsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən 3 layihə və materiallarla təmsil olunacaq. 

 

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların STEAM məzmunlu innovativ məhsul və həllərinin, müxtəlif layihələr çərçivəsində hazırladıqları prototiplərin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi hər il texnologiyalar sahəsində yeni nailiyyət və rekordlara imza atmaqdır."Texnofest" dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.
 


1 il əvvəl