• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avropa Fizika Olimpiadasından uğurlu nəticə 

Sloveniyanın paytaxtı Lyublyana şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib. 

 

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 4 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev, nazirliyin tabeliyindəki  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə, BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev, Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin  XI sinif şagirdi Vaqif Əliyev bürünc medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Nicat Abbasov isə həvəsləndirici mükafat əldə edib. 

 

Məktəblilərimizi təbrik edir, uğurlar arzulayırıq. 


1 il əvvəl