• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Azərbaycanda rektorlar konfransı” layihəsinin təqdimatı keçirilib

Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsinin onlayn təqdimat mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, fəaliyyət istiqamətlərini müəyyənləşdirən konseptual sənəd olan Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın İnkişaf Konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bununla yanaşı, Azərbaycanda ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının sürətləndirilməsi, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunması əsas məqsədlər, prioritet istiqamətlər kimi qeyd oluna bilər.

 

Ali təhsilin beynəlmiləlləşməsinin bir neçə əsas istiqamətlərini sadalayan nazir müavini deyib ki, qeyd olunan hədəflərə nail olmaq üçün Avropa Komissiyasının Erasmus+ Proqramının “Ali Təhsildə Potensiyalın Gücləndirilməsi” istiqaməti imkan verir.

 

Firudin Qurbanov “Azərbaycanda Rektorlar Konfransı” adlı layihəniin Avropanın qabaqcıl və müsbət təcrübəsinin ölkəmizdə tətbiq edilməsi üçün çox önəmli olduğunu vurğulayıb. Firudin Qurbanov əlavə edib ki, 3 il müddətində həyata keçiriləcək bu layihə öz əhatə dairəsinə görə ali təhsil sisteminin inkişafına yeni töhfələrin verilməsi istiqamətində qarşıya qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir. Sözügedən layihə vaxtilə Azərbaycanda fəaliyyət göstərən Rektorlar Şurasının bərpa olunması üçün yaxşı platforma olacaq və bu sahədə hüquqi bazanın yaradılmasına töhfə verəcək. Əminik ki, ali təhsildə bu qəbildən olan layihələrin həyata keçirilməsi bütövlükdə Azərbaycanda ali təhsilin Avropa Ali Təhsil Məkanına inteqrasiyası ilə yanaşı, ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlarda, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsində, müəllim-tələbə mobilliyində və beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasında müsbət rol oynayacaq və müasir dövrdə belə layihələrin həyata keçirilməsi təhsil sahəsində qlobal çağırışlara effektiv şəkildə cavab vermək baxımdan öz layiqli töhfəsini verəcək.

 

Tədbirdə çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov layihənin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Rektor əlavə edib ki, layihənin uğurla icrası beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoyacaq.

 

Layihənin koordinatoru Gülşən Bayramova isə 3 il müddətində həyata keçiriləcək layihədə görüləcək işlər və layihənin gözlənilən faydaları haqqında ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb. Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya rektorlar konfransının nümayəndələri də layihəyə dair fikirlərini və Avropa təcrübələrini bölüşüblər.

 

Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, eyni zamanda, Erasmus+ Azərbaycan ofisinin rəhbəri də çıxış edərək yeni çağırışların müşahidə olunduğu müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruriliyini və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini vurğulayıblar.


2 il əvvəl