• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsilverənlər arasında sorğu keçirilir

Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər arasında sorğu keçirilir.   Sorğu təhsilverənlərin nazirliyin mətbu orqanları haqqında məlumatlılıq və bu resurslara əlçatanlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunur. Sorğuda iştirak üçün təhsilverənlər müvafiq linkə keçid etməlidirlər: https://anket.edu.az/form/266   Qeyd edək ki, sorğu zamanı tələb olunan Fərdi İdentifikasiya Nömrəsi (FİN) həmin təhsilverənin hazırda çalışdığının sistem tərəfindən yoxlanılması və iştirakına icazə verilməsi üçündür. FİN-in qeyd edilməsi təhsilverən haqqında məlumat toplanılması məqsədini daşımır.   Anonim sorğu aprelin 28-dək davam edəcək.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulu elan edilir

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir. Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək.  Namizədlərə verilən tələblər: 1. Ali təhsil; 2. Təhsil sahəsində azı 5 (beş) il təcrübə; 3. Layihələrin tərtibatı, idarə olunması və ya qiymətləndirilməsi sahəsində azı 20 (iyirmi) layihə ilə iş təcrübəsi (beynəlxalq sertifikat və təcrübəyə malik olanlara üstünlük veriləcək);  4. İKT-dən istifadə bacarığı; 5. Komandada işləmək və əməkdaşlıq bacarığı; 6. Qiymətləndirmə və rəy yazmaq bacarığı. Müraciət üçün son tarix: 29 mart 2024-cü il Tələblərə cavab verən şəxslər müraciətlərini buradan göndərə bilərlər. Təqdim edilən məlumatlar əsasında uyğun namizədlər müəyyənləşdiriləcək və onlarla əlaqə saxlanılacaq.   

"Azərbaycan müəllimi" qəzeti yenilənir - Rebrendinq müsabiqəsi

Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzeti müasir dövrün tələblərinə uyğunlaşdırmaq istəyirik. Bu məqsədlə qəzetin rebrendinqi üçün müsabiqə elan edirik!    Müsabiqədə iştirak üçün “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təkliflərinizi bizə göndərin, qalib olmaq şansı qazanın!     Müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak edə bilərsiniz. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1500 AZN  dəyərində pul mükafatı təqdim ediləcək.    Müsabiqədə iştirak üçün loqo (rəngli və rəngsiz versiya), dizaynla bağlı təkliflər PNG, PDF və ya JPEG formatında, eləcə də “mockup”la birgə göndərilməlidir. Loqonun yazılı şəkildə izahı və təsviri arzuolunandır.    Nəzərə alınmalıdır ki, loqo sosial media, veb-səhifə və müxtəlif videomateriallarda, həmçinin qəzetin çap versiyasında istifadə olunacaq.    Müraciət üçün son tarix: 10.04.2024-cü il Elektron poçt ünvanı: digital@media.edu.az    Müsabiqənin yekununda isə qalib gələn şəxs və ya komanda aşağıdakıları təqdim etməlidir:   - ⁠Loqonun vektor faylı – “Adobe Illustrator”, “Encapsulated PostScript” və ya “Scalable Vector Graphics”; - ⁠Loqonun rəng kodları – CMYK, RGB, HSB; - Əsas səhifənin faylları – “Adobe XD”, “Sketch” və ya “Figma”.     “Azərbaycan müəllimi” qəzetinin rebrendiqi üçün təkliflərinizi göndərin və 90 illik mədəniyyətin bir parçası olmağa çalışın!

Qarabağ Universitetində vakansiya - ingilis dili müəllimi

Qarabağ Universitetində vakansiya - mərkəz direktoru

Qarabağ Universitetində vakansiya – proqram rəhbəri

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin və seçicilərin qeydiyyatı barədə elan

Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təşkili barədə sorğu

İş adamları və özəl təhsil müəssisələrinin diqqətinə!

Naxçıvan Muxtar Respublikasında məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələri üzrə özəl sektorun fəaliyyətə başlaması və bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə dekabrın 11-də Naxçıvan şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları və müvafiq şəxslərin iştirakı ilə infotur keçiriləcək.    İnfoturda iştirak üçün 8 dekabr tarixinədək info@nedu.gov.az elektron poçt ünvanına yazmaqla və ya +994 51 727 69 69 nömrəsinə zəng etməklə qeydiyyatdan keçmək mümkündür.   

UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi

20/04/2024

“Rəqəmsal bacarıqlar” layihəsinin şagirdləri və “Code for future” layihəsinin tələbələri üçün “İT sahəsindəki yolum” adlı təcrübə sessiyasının həyata keçirilməsi planlaşdırılır. Sessiyada “Code for future” layihəsinin məzunları “Rəqəmsal bacarıqlar” təmayüllü 10 və 11-ci sinif şagirdləri ilə öz təcrübələrini paylaşacaqlar. “İT sahəsindəki yolum” təcrübə sessiyasının məqsədi İT sahəsi üzrə təhsil alan və proqramlaşdırma təcrübəsinə malik tələbələrlə şagirdlərin ünsiyyətini təşkil etmək, eyni zamanda onların ortaq bir layihə üzərində işləmələrinə şərait yaratmaqdır. Linkə daxil olmaqla qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/jc9Fr6Z3WTy57zycA Sessiya çərçivəsində təşkil olunan fəaliyyətlərin aktiv iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək. #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar

Ətraflı
19/04/2024

"Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin qalibləri bəlli oldu!? #ElmVəTəhsilNazirliyi #SabahınAlimləri #ARTİ

Ətraflı
19/04/2024

Aprelin 19-da “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin bağlanış mərasimi keçirilib. #ElmVəTəshilNazirliyi #EduAz #SabahınAlimləri Ətraflı: https://bit.ly/444C1Fo

Ətraflı