Ali təhsil müəssisələrinin akkreditasiyası davam edir
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin akkreditasiya qiymətləndirilməsi davam edir. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, sözügedən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi təqdim edilən “Özünütəhlil hesabatları” və ona əlavə olunan sənədlər əsasında məsafədən həyata keçirilir.
Adıçəkilən təhsil müəssisələri ilə onlayn formatda təşkil olunmuş akkreditasiya qiymətləndirilməsinin müsahibə mərhələsi başa çatıb. Müvafiq Akkreditasiya Komissiyaları tərəfindən qiymətləndirmə nəticəsi olan Yekun Hesabatlar hazırlanaraq akkreditasiyaya dair yekun qərarın verilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması planlaşdırılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən Akkreditasiya Şurası akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.
03.03.2021 - 14:34
Elanlar
-
2021-2022-ci tədris ili üçün İndoneziyanın KNB təqaüd proqramı
09.04.2021 - 16:50 -
Bildiriş
06.04.2021 - 16:15 -
“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqə elanı
01.04.2021 - 17:55 -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021/2022-ci tədris ili üçün təqaüd proqramı
18.03.2021 - 09:30 -
Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş
16.03.2021 - 16:50