• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Türkiyəyə səfəri çərçivəsində növbəti görüşlər keçirib

Təhsil naziri Emin Əmrullayevin Türkiyəyə səfəri davam edir. 

 

Səfər çərçivəsində fevralın 23-də Təhsil Nazirliyinin nümayəndə heyəti ilk öncə Çankaya Peşə və Texniki Liseyini ziyarət edib, müəssisədəki tədris prosesi ilə yaxından tanış olub. 

 

Daha sonra təhsil naziri Emin Əmrullayev və Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdulla Eren arasında görüş keçirilib. Görüşün sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında Niyyət Məktubu imzalanıb. Sənəd Azərbaycan Respublikası vətəndaşlarına Türkiyə Respublikasında doktorantura səviyyəsində təhsil almağa və tədqiqat aparmağa əlavə imkanlar yaradacaq.

 

Günün ikinci yarısında nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Bilkənd Universitetində olub. Ziyarət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsinin vacibliyi vurğulanıb, tələbə-müəllim heyətinin mübadiləsi imkanları müzakirə olunub.

 

Fevralın 23-də təhsil naziri həmçinin Ali Təhsil Şurasını ziyarət edib. Ziyarət çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti, ali təhsil sahəsində qurumlararası əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


3 il əvvəl