A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
"Bir" tələbə-könüllü proqramı

Yaranma tarixi: 2015-ci ci il (Proqram  2 avqust 2019-cu ildən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi kimi dövlət qeydiyyatına alınıb)


Məqsəd: Tələbələrə könüllülüyün mahiyyətinin aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat - təşviqat işlərinin aparılması, tələbə-könüllülərin vahid məlumat bazasının inkişaf etdirilməsi, təlim-tədris proqramları və kurslarının təşkil olunması, tələbə-könüllülərin intellekt səviyyəsinin və dünyagörüşünün genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir.


Məlumat: Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsi üçün  - 6 müxtəlif istiqamətdə: Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al -  yaradılmış uzunmüddətli proqramdır.


Əhatə dairəsi: 2021-2022-ci tədris ilində proqram 26 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edib. 27000-dən çox üzvə sahib olan proqram il ərzində 260-dan çox tədbir təşkil edib və ümumilikdə 42866 könüllü fəaliyyət saatı qeydə alınıb. 2021-2022-ci tədris ilində proqram Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədi ilə 100-ə yaxın tələbə-könüllünü fəaliyyətə cəlb edib.

 

İnternet resursları:

www.konullu.edu.az

https://www.facebook.com/birkonullu

https://www.instagram.com/birkonullu

https://www.youtube.com/birkonullu

Paylaş: