A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.
 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 720 şagird yerlik yeni məktəb 3 mərtəbəli və 5 korpusludur.
 

Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib. Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları və açıq idman meydançası tədrisin yüksək səviyyədə keçməsini təmin edəcək. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Paylaş: