A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
“Sabahın alimləri” XIV respublika müsabiqəsinə qeydiyyat başlayıb

Oktyabrın 31-də “Sabahın alimləri” XIV respublika layihə müsabiqəsinə qeydiyyat başlayıb. 

 

Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. 

 

Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.

 

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 24 dekabr saat 17:00-dək https://app.anket.edu.az/user/88 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.

 

Müsabiqə ilə bağlı ətraflı məlumatı https://sabahinalimleri.edu.az/ və (https://arti.edu.az/) portallarından əldə edə bilərsiniz.

Paylaş: