A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun III mərhələsinə start verilir

Sentyabrın 12-dən 2024–2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinin boş qalan plan yerləri üçün tələbə qəbulunun III, yəni sonuncu mərhələsinə start verilir.
 

Vakant yerlər üçün ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə iştirak etməyən şəxslər müraciət göndərə bilərlər. Daha əvvəl hər hansı peşə təhsili müəssisəsinə qəbul olunan və sənədlərini təsdiqləyən şəxslər bu mərhələdə ixtisası dəyişdirmək məqsədilə müraciət edə bilməzlər.
 

Namizədlər müraciətlərini portal.edu.az vasitəsilə göndərə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 13 sentyabr saat 18:00-dək davam edəcək.

Paylaş: