A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqlənib

Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub. 
 

Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. 
 

Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.
 

Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.  
 

Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı əsasında həyata keçirilir.
 

Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün 16 ölkənin 101 ali təhsil müəssisəsi üzrə 839 müraciət daxil olub. Müraciətlərin təhlili nəticəsində 658 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Paylaş: