A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Beynəlxalq turnirdən yüksək nəticə

Rumıniyanın Georgeni şəhərində boks idman növü üzrə yeniyetmə və məktəbli boksçular arasında beynəlxalq turnir keçirilib. 12 ölkədən 212 idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycan milli yığma komandası 8 nəfər idmançı ilə təmsil olunub. 


Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Məhəmmədəli Aşurəliyev (54 kq) I yeri, qızların mübarizəsində həmin məktəbin idmançıları Mikayılova Aynur (52 kq), Nərmin Əlizadə (50 kq) və Tərtər rayon uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Aysu İsmayılova II yeri tutub.


Qeyd edək ki, beynəlxalq turnirdə əldə edilən xallara görə komanda hesabında oğlanlardan ibarət Azərbaycan millisi ikinci, qızlar üçüncü yeri tutub.

Paylaş: