• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı
01/06/2025

İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #Festival Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22133-1

Ətraflı
01/06/2025

? 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ? Hər bir uşağın hüququna, xəyallarına və səsinə daha diqqətlə qulaq verək. Çünki gələcəyin alimləri, müəllimləri, ixtiraçıları, sənətkarları – bu günün uşaqlarıdır. #ElmVəTəhsilNazirliyi #1İyun #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü

Ətraflı
31/05/2025

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - - - Mayın 31-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması baş tutub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirakçıları və qonaqları salamlayaraq qalibləri qazandıqları nailiyyət münasibətilə təbrik edib. Fuad Qarayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkara çıxarılması və fənlərin dərindən öyrənilməsinə marağın artırılması məqsədilə bir sıra layihələr uğurla həyata keçirilir. Respublika fənn olimpiadaları, “Sabahın alimləri” layihə müsabiqəsi, “Ən yaxşı təqdimat” müsabiqəsi, “BilBacar” və “Məktəblilərarası Milli Hakaton” kimi yarışlar məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanlar təqdim edir. Sonda Fuad Qarayev olimpiadanın reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Daha sonra çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov qeyd edib ki, Fond Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatının bir çox sahələrində, xüsusilə elm və təhsil sahəsində davamlı layihələr reallaşdırıb. Bu layihələr ölkənin sosial-mədəni inkişafına əhəmiyyətli töhfələr verib. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif bölgələrində məktəb binalarının inşası, mövcud təhsil infrastrukturunun yenilənməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib. “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsədin təkcə şagirdlərin elmi potensialını yoxlamaq deyil, eyni zamanda, onların liderlik, analitik düşünmə, komanda ilə işləmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət və dostluq mühitini gücləndirmək olduğu bildirilib. Çıxışlardan sonra olimpiadanın müxtəlif mərhələlərini əks etdirən videoçarx nümayiş etdirilib. Ardınca qalib komandalar mükafatlandırılıb. Onlara sertifikatlar, diplomlar və xatirə kubokları təqdim olunub. Şahmat kateqoriyası üzrə I yerin qalibi Sumqayıt komandası, II yerin qalibi Gəncə komandası, III yerin qalibi isə Xətai komandası olub. Şahmat üzrə fərdi oyunlarda fərqlənmiş 4 iştirakçıya xüsusi mükafat təqdim edilib. Bilik yarışı kateqoriyasında isə I yerə İsmayıllı komandası, II yerə Bakı şəhəri Xətai komandası, III yerə isə Zəngilan komandası layiq görülüb. Heydar Aliyev Foundation #ElmVəTəhsilNazirliyi #HeydərƏliyevFondu #EduAz

Ətraflı