19.05.2009

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “Düşüncələrin, prinsiplərin, həyat tərzinin dəyişdirilməsi” adlı 3 cildlik kitab nəşr olunub.

Kitab Şərqi Avropa və Mərkəzi Asiyada keçid dövrünü yaşayan ölkələrdə ailə və uşaqların sosial müdafiəsi sahəsində yaranan problemlərin aradan qaldırılması ilə məşğul olan məsul şəxslərə və mütəxəssislərə vacib məlumatların çatdırılmasına xidmət edir.

19.05.2009

Mayın 19-da Təhsil Nazirliyində “Xaricdə təhsil-Dövlət Proqramı” İnternet səhifəsinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası üzrə tədbirlər planına müvafiq olaraq layihə çərçivəsində təhsil alanlar və xaricə göndəriləcək gənclərin seçim qaydaları haqqında ictimaiyyətə daha operativ məlumatlar vermək məqsədilə Təhsil Nazirliyi tərəfindən “Xaricdə təhsil- Dövlət Proqramı” İnternet səhifəsi yaradılıb.

Ətraflı
19.05.2009

Gürcüstanın Qudauri şəhərində mayın 14-dən 17-dək Cənubi Qafqaz İngilis dili müəllimləri birliklərinin 5-ci regional konfransı keçirilib.

Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA) 21 üzvü, ingilis dili üzrə mütəxəssis və müəllimlər konfransda iştirak ediblər.

18.05.2009

Minsk şəhərində mayın 12-dən 16-dək MDB ölkələrinin təhsil nazirlərinin və peşə təhsili rəhbərlərinin XVI konfransı keçirilib.

Konfransda “Texniki-Peşə Təhsili sistemində İKT-nin tətbiqi” və “Texniki-peşə təhsili və təhsilin davamlı inkişafı” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

16.05.2009

YUNİCEF-in regional ofisinin dəstəyi ilə Qırğızıstan hökuməti tərəfindən mayın 12-dən 14-dək Bişkek şəhərində Uşaq Qayğı Sisteminin İslahatı üzrə beynəlxalq forum təşkil edilib.

Tədbirdə uşaqların sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə əldə olunan təcrübənin iştirakçı ölkələr və təşkilatlar arasında bölüşdürülməsi məsələləri müzakirə olunub.

Ətraflı