05.11.2009

Noyabrın 4-də Təhsil Nazirliyində Azərbaycan nümayəndə heyətinin Almaniyaya rəsmi səfərinin yekununa dair təqdimat keçirilib.

Nazir səfərin əsas məqsədinin Azərbaycan-Almaniya təhsil əlaqələrinin daha da genişləndirilməsi istiqamətində perspektivlərin müəyyənləşdirilməsi olduğunu qeyd edib.

Ətraflı
05.11.2009

Təhsil nazirinin Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar əmrinə əsasən müvafiq təşkilat komitəsi yaradılıb və tədbirlər planı təsdiq edilib.

Bir sıra görkəmli Azərbaycan ziyalılarının həyatı, ilkin peşə-ixtisas təhsili, pedaqoji fəaliyyəti uzun illər dahi M. Ə. Sabirin adı ilə məhşurlaşmış bu məktəblə bağlı olub.

04.11.2009

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks 496-37-61; e-mail: qaynar-xett@edu.gov.az) cari ilin sentyabr və oktyabrında 62 müraciət daxil olub.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır.

Ətraflı
02.11.2009

Oktyabrın 31-də “Hyatt-Regency” otelində Malayziya universitetlərinin növbəti təhsil sərgisinin açılış mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov bu sərginin Malayziya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin daha da inkişafı, müəllim, tələbə və şagirdlərimizin Malayziya universitetləri və ali təhsil sistemi ilə daha yaxından tanış ola bilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Ətraflı
30.10.2009

27-28 oktyabr 2009-cu il tarixlərdə “Oriqamı” uşaq və yeniyetmələr ictimai birliyi “Uşaqlara şən, sağlam həyat bəxş edək!” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün 2 günlük seminar keçirib.

Təlimin keçirilməsində məqsəd Suraxanı və Əzizbəyov rayonlarında xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin idmana cəlb edilməsi ilə onların hərəkət fəaliyyətini artırmaq və inkişaf etdirməkdən ibarət olmuşdur.

30.10.2009

Bu günlərdə “Hyatt-Regency” otelində “Dünyaya Baxış” təşkilatının Azərbaycandakı fəaliyyətinin 15 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə “Dünyaya Baxış” təşkilatının rəhbərliyi, Təhsil Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

28.10.2009

Oktyabrın 28-də Azərbaycan Müəllimlər İnstitutunda 2009-cu il - “Uşaq ili” çərçivəsində “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda yeniyetmə və gənclər arasında narkotik maddələrə, narkotiklərə qarşı kütləvi təbliğat işinin aparılması və orta məktəblərdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin təsir gücünün artırılması yollarından söhbət açılıb, konkret təkliflər irəli sürülüb.

Ətraflı
26.10.2009

Oktyabrın 24-də Təhsil Nazirliyində “2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov 2009-2010-cu dərs ilində IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi barədə qərar qəbul olunduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırıb.

Ətraflı
26.10.2009

Oktyabrın 24-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məsələ müzakirə olunub.

Ətraflı