24.11.2009

Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.

Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilib, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar verilib.

Ətraflı
23.11.2009

Noyabrın 21-də Təhsil Nazirliyində Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki fəaliyyətinin 5 illiyi münasibətilə proqramın bir qrup təmsilçisi ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov çıxış edərək görüşün məqsədinin proqram çərçivəsində görülmüş işlərin vəziyyəti ilə tanışlıq, bu barədə ictimaiyyətə daha geniş məlumat vermək olduğunu qeyd edib.

Ətraflı
19.11.2009

Noyabrın 19-da S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında konfrans zalının açılışı olub.

Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov konfrans zalının tərtibatından razı qaldığını bildirib, gimnaziya haqqında danışıb və pedaqoji kollektivin qarşısında duran vəzifələrdən söz açıb.

Ətraflı
18.11.2009

Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Ətraflı
18.11.2009

Noyabrın 18-də “Gülüstan” sarayında Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Təntənəli mərasim dövlət himninin səslənməsi ilə başlayıb, sonra kollecin fəaliyyəti, tarixi və bu günü haqqında film nümayiş olunub.

Ətraflı
17.11.2009

Noyabrın 17-də Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib.

Tələbələri təbrik edən təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti və onlara qayğısından söz açaraq bildirib ki, ölkəmizdə təhsil daim inkişaf edir, müasir məktəblər tikilir və yeni təhsil strategiyası tətbiq olunur.

Ətraflı
17.11.2009

İslam İnkişaf Bankı (İİB) tərəfindən Elm və Yüksək Texnologiya sahəsində Təqaüd Proqramının həyata keçirilməsi planlaşdırılır.

Təqaüd Proqramı doktorant və gənc alimlərə Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Avstraliya, eyni zamanda, Asiyanın inkişaf etmiş ölkələrində təhsil almaq və tədqiqat aparmaq imkanı verir.

16.11.2009

Noyabrın 16-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin “Konstitusiya günü”nə həsr olunmuş 58-ci elmi-texniki konfransı öz işinə başlayıb.

Konfransda iştirak edən təhsil naziri Misir Mərdanov bildirib ki, ötən illərdə olduğu kimi, 2009-cu il də ölkə rəhbərliyinin elm və tədrisin inkişafına yönəlmiş mühüm qərarları ilə yadda qalacaq.

Ətraflı
16.11.2009

Noyabrın 14-də Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq ali məktəb tələbələrinin respublika fənn olimpiadasının ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, istedadlı tələbələrin aşkara çıxarılmasına xidmət etdiyini bildirib.

Ətraflı
16.11.2009

12-13 noyabr tarixlərində təhsil naziri Misir Mərdanov Bərdə və Ağdam rayonlarına səfər edib.

Nazir Bərdə rayonunun 4,6,8 saylı, 12 saylı Ağdam rayon köçkün, 2 saylı şəhər Beynəlmiləl orta məktəblərində, Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseyində, Uşaq-Gənclər şahmat məktəbində, Heydər Əliyev və Tarix Diyarşünaslıq muzeylərində olub.

Ətraflı