08.04.2009

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə təhsil şəbəkəsi yaradılır.

Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə BMT İnkişaf Proqramının AzNET layihəsinin bazasında yaradılıb və AZEDUNET təşkilatı tərəfindən həyata keçirilir.

Ətraflı
07.04.2009

Aprelin 7-də “Ekselsior” otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası” layihəsinin açılış mərasimi keçirilib.

Mərasimi açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə texniki-peşə təhsili sahəsinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atıldığını qeyd edib.

Ətraflı
25.02.2009

Fevralın 25-də Təhsil Nazirliyində ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ilk iclası keçirilib.

İclasda İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Sahibkarlar Təşkilatı Milli Konfederasiyası və Qeyri-hökumət təşkilatı forumunun nümayəndələri iştirak edib.

Ətraflı