12.02.2010

Fevralın 12-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi üzrə müəllimlərin cəlb olunduğu treninqlərin II mərhələsinin başa çatmasına dair dəyirmi masa keçirilib.

Təhsil naziri Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar keçirilən treninqlərin yüksək səviyyədə təşkilindən razı qaldığını qeyd edib və bu fənnin tədrisinə ayrılan saatlar barədə fikirlərini bildirib.

Ətraflı
10.02.2010

Fevralın 9-da “Landmark” otelində Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusunda birgə konfransı keçirilib.

Təhsil naziri Misir Mərdanov keçirilən tədbirin vacibliyini diqqətə çatdıraraq “Microsoft” şirkəti ilə Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıqdan danışıb, bu şirkətin ölkəmizdə təhsillə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərdiyini qeyd edib.

Ətraflı
09.02.2010

Yanvarın 11-dən 29-dək ABŞ Dövlət Departamenti tərəfindən “ABŞ-da universitetlərin idarə olunması” mövzusunda təşkil olunmuş Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali məktəblərin nümayəndələri iştirak ediblər.

Səfər müddətində iştirakçılar ABŞ-ın Vaşinqton şəhərində, Merilənd, Alabama, Kaliforniya, Kanzas və Missuri ştatlarında olub, təhsil departamentlərində ali təhsillə bağı fəaliyyət göstərən bir sıra dövlət qurumları və qeyri-hökümət assosiasiyalarında, ABŞ-ın 12 kollec və universitetlərində təşkil olunmuş 30-dan çox görüşlərə qatılıblar.

Ətraflı
04.02.2010

Fevralın 3-də Bakının Nəsimi rayonundakı 1 saylı orta məktəbdə “Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda müşavirə keçirilib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, müşavirənin əsas qayəsi Azərbaycanda təhsilin səviyyəsinin daha da yüksəldilməsinə təkan verməkdən ibarətdir.

Ətraflı
26.01.2010

Yanvarın 25-də Ağstafa rayonunda regionlarda təhsilin inkişaf perspektivləri ilə əlaqədar Ağstafa, Qazax və Tovuz rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə qeyd olunan rayonlarda təhsil sahəsində mövcud problem və pespektivləri diqqətə çatdıran təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində görülmüş və həlli vacib işlərdən söz açıb, regionun sosial-iqtisadi inkişafına uyğun olaraq peşə təhsili mərkəzlərinin artırılmasının vacibliyindən, habelə təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb.

Ətraflı
21.01.2010

Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.

Sonra Təhsil Nazirliyində görüş keçirilib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən təhsil naziri Misir Mərdanov iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib.

Ətraflı
15.01.2010

Yanvarın 15-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı tərəflər ali məktəblərdə vauçer sisteminin tətbiqi, düstur əsasında maliyyələşmə və digər mövzular ətrafında müzakirələr aparıblar.

Ətraflı