21.08.2009

Avqustun 21-də təhsil naziri Misir Mərdanov Şüvəlandakı 16 nömrəli internat məktəbin bazasında fəaliyyət göstərən yay təlim-istirahət düşərgəsində dincələn istedadlı şagirdlərlə görüşüb.

İstedadlı şagirdlərin gələcək uğurlarının izlənilməsinin vacibliyini vurğulayan Misir Mərdanov bildirib ki, onların inkişafı üçün hər cür şərait yaradılmalı, istedadlı uşaqların potensialı ölkənin ümumi inkişafına yönəldilməlidir.

Ətraflı
20.08.2009

Avqustun 20-də Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın iqtisadiyyatı kimi ölkəmizin elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub.

Ətraflı
19.08.2009

Avqustun 19-da Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş növbəti tədbir keçirilib.

“Təhsilin əsasları” fənninin mütəxəssislərin iştirakı ilə ilk müzakirəsindən ötən müddətdə bir çox təklif və tövsiyələrin nəzərə alındığını qeyd edən təhsil naziri Misir Mərdanov dərsliyin məzmun xətləri və dərs saatlarının bölgüsü barədə fikirlərini bildirib.

Ətraflı
18.08.2009

Kurikulum İslahatı alt-kompanenti üzrə yeni icra planına uyğun olaraq 2009-2010-cu dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilib.

Cari ilin aprelindən etibarən kurikulumun tətbiqi üzrə 30 saatlıq proqram üzrə müəllim hazırlığına başlanılıb, rayon təhsil şöbələrinin müdirləri və məktəb rəhbərləri üçün xüsusi proqram üzrə ayrıca treninqlərin təşkili nəzərdə tutulub.

Ətraflı
12.08.2009

Avqustun 12-də Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib

Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb.

Ətraflı
10.08.2009

Avqustun 10-da Təhsil Nazirliyində növbəti tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələr, təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir, tikinti, təchizat məsələləri barədə söz açıb.

Ətraflı