01.10.2009

Oktyabrın 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası çərçivəsində sərgi keçirilib.

Təhsil naziri Misir Mərdanov sərgidə Almaniyanın 22 ali məktəbinin 30-a yaxın nümayəndəsi ilə birgə həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrin bir qisminin də iştirak etdiyini bildirib.

Ətraflı
01.10.2009

Oktyabrın 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius və Almaniya universitetlərinin nümayəndələri ilə görüşüb.

Nazir Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edərək bildirib ki, təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Alman Akademik Mübadilə Xidmətinin (DAAD) gördüyü işlər böyük önəm daşıyır.

Ətraflı
01.10.2009

Oktyabrın 1-də Təhsil Nazirliyində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi üzrə Maliyyələşdirmə Sazişinin imzalanmasına həsr olunmuş mərasim keçirilib.

Nazir qeyd edib ki, layihə həm layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, həm də yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutur.

Ətraflı
29.09.2009

Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çul ilə görüşüb.

Misir Mərdanov Azərbaycanda öz missiyasını başa vuran səfir Lyu Kvanq Çulun ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətindəki səmərəli fəaliyyətini yüksək dəyərləndirib və həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib.

Ətraflı
25.09.2009

Sentyabrın 25-də «Landmark» otelinin Rotunda zalında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) 5 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə mərkəzin 5 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və MTTYM-in icraçı direktoru Ülviyyə Mikayılovanın bununla bağlı təqdimatı olub.

Ətraflı
25.09.2009

2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri məlum olub.

Reqlamentlərə uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə vakant yerlərə 2 147 müəllim elektron ərizə verib.

Ətraflı
24.09.2009

1-3 oktyabr tarixlərində Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində Bakıda “Azərbaycan-Almaniya Ali Təhsil günləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə Almaniyanın nüfuzlu universitetlərindən olan 30-a yaxın nümayəndə, o cümlədən ölkəmizin ali təhsil müəssisələrinin təmsilçiləri iştirak edəcək.

Ətraflı