08.01.2010

Yanvarın 7-də Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib.

Müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası", "Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında" məsələlər müzakirə olunub.

Ətraflı
29.12.2009

2009-cu ilin yekunlarına dair mətbuat konfransında təhsil naziri Misir Mərdanovun təqdimat-məruzəsi

29.12.2009

Dekabrın 29-da Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bir əsrə yaxın şərəfli ömür sürmüş, Azərbaycanın maarif, təhsil, pedaqoji fikir və milli mətbuat səhifələrində öz dəst-xətti ilə seçilən “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi təhsilimizin tarixində əhəmiyyətli hadisədir.

Ətraflı
28.12.2009

Dekabrın 28-də Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman, Uşaq-Gənclər Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman məktəbi”, “İlin ən yaxşı məşqçi-müəllimi” və “İlin ən yaxşı idmançısı” nominasiyaları üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Misir Mərdanov tədbir iştirakçılarına Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri, bu müəssisələrdə inkişaf etdirilən idman növləri, məşqçi-müəllimlər və görülmüş işlər haqqında məlumat verib.

Ətraflı
26.12.2009

Dekabrın 26-da Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” şirkətlər qrupu arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb.

İmzalanma mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “Azərsun Holdinq” şirkəti ilə belə bir sənədin imzalanmasını Azərbaycan təhsili üçün yaddaqalan və böyük əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Ətraflı
25.12.2009

Dekabrın 25-də 6 saylı Bakı Peşə Liseyinin 40 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Nazir ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra peşə təhsilinin inkişafına yenidən təkan verilməsini, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Ətraflı
25.12.2009

Dekabrın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyində «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində 8 layihə üzrə imzalanma mərasimi keçirilib.

8 layihədən 3-nün təhsillə bağlı olduğunu bildirən təhsil naziri indiyədək «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində 60-a yaxın əhəmiyyətli layihənin həyata keçirildiyini diqqətə çatdırıb.

Ətraflı