Maliyyə şöbəsi öz fəaliyyətində “Təhsil haqqında”, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarını və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnaməni, Nazirliyin kollegiya qərarlarını, Azərbaycan Respublikası təhsil nazirinin qərarlarını, əmrlərini, sərəncamlarını və digər normativ sənədləri rəhbər tutaraq aşağıdakı vəzifələri yerinə yetirir:

- Nazirliyin tabeliyində olan və mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən müəssisələr üzrə büdcə-maliyyə planlaşdırılmasını və maliyyələşdirilməsini həyata keçirir;

- Nazirliyin tabeliyində olan və mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən müəssisələrin büdcədənkənar vəsaitləri üzrə gəlir və xərclər smetalarının tərtib edilməsini və bu xərclərin maliyyələşdirilməsini həyata keçirir;

- Nazirliyin tabeliyində olan və mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən müəssisələr üzrə maliyyə və mühasibat hesabatlarının qəbul edilməsini, təqdim olunan hesabatların icmallaşdırılaraq direktiv orqanlara təqdim olunmasını təmin edir;

- Nazirliyin tabeliyində olan təhsil müəssisələrinin əmlakından səmərəli istifadəsinə və təhsil müəssisələrinin maliyyə sağlamlaşdırılmasına dair təklif hazırlayır, maliyyə monitorinqləri aparır;

- Dövlət sifarişi üzrə kadr hazırlığını həyata keçirən ali təhsil və tibb müəssisələrində dövlət sifarişi ilə təhsilalanların təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsi və ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı müvafiq işlərin həyata keçirilməsini təmin edir;

- Təhsil Nazirliyinin aparatı üzrə büdcə-maliyyə planlaşdırılmasını, maliyyələşdirilmə və mühasibat uçotunun aparılmasını təmin edir;

- İcrası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Dövlət Proqramları və tədbirlərinin, eləcə də Nazirlik və digər mərkəzləşdirilmiş tədbirlərin büdcə-maliyyə planlaşdırılmasını və maliyyələşdirilməsini təmin edir;

- Təhsil Nazirliyinin aparatı üzrə inzibati-təsərrüfat işlərini təşkil edir, nazirliyin aparatının təchizat məsələləri ilə məşğul olur;

- Nazirlik tərəfindən maliyyələşdirilən ümumi təhsil müəssisələrinin şəbəkəsi üzrə proqnozları hazırlayır və ümumi təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi və tipinin dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir;

- İlk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə müvafiq olaraq şagird və tələbə qəbulu proqnozları barədə təkliflərin hazırlanmasında iştirak edir;

- Azərbaycan Respublikası Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzlərinin fəaliyyətinin təşkilini, əlaqələndirilməsini və bu mərkəzlərin fəaliyyətinə nəzarəti təmin edir.