• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 25-də Təhsil Nazirliyində Yaponiyanın təhsil sistemi ilə tanış olmaq məqsədilə bu ölkəyə səfər etmiş nümayəndə heyətinin təqdimat mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbirin məqsədi barədə qısa məlumat verib.   
Sonra nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın elm və təhsil sistemi haqqında təqdimat-məruzə edib, bu ölkədə təhsili idarə etmək üçün Təhsil Şurasının fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Təranə Hacıyeva Yaponiyada insanların təhsil almasında heç bir məhdudiyyətin olmadığını, təhsil ocaqlarında ibtidai təhsilin 6, kiçik orta məktəbdə 3, yuxarı orta məktəbdə 3, ali məktəblərdə 4, magistraturada 2 və doktoranturada 2 il davam etdiyini bildirib.
Yaponiyada müəllimlərin məktəblərə işə qəbulunun imtahanla həyata keçirildiyini qeyd edən Təranə Hacıyeva müəllimlərin bir məktəbdə maksimum 6 il işləməsinə icazə verildiyini, onların beş ildən bir ixtisasartırma kursundan keçirildiyini diqqətə çatdırıb. Şöbə müdiri Yaponiyada ibtidai siniflərdə şagirdlərlə iki müəllimin məşğul olduğunu, bu siniflərdə bir dərs saatının 45, yuxarı siniflərdə isə 50 dəqiqə davam etdiyini və tədris ilinin 11 ay, yəni 3 semestrdən ibarət olduğunu bildirib.
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın təhsil ocaqlarında məktəblə valideyn arasında sıx əlaqənin mövcudluğu haqqında da məlumat verib.


8 il əvvəl