• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 25-də 6 saylı Bakı Peşə Liseyinin 40 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sahib Rüstəmov toplantı iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən, bugünkü fəaliyyətindən danışıb. Ötən 40 il ərzində təhsil ocağını 58 000 məzunun bitirdiyini və onların ölkəmizin iqtisadiyyatının inkişafında fəal iştirak etdiklərini vurğulayan natiq hazırda liseydə 630 şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 124 müəllim və texniki işçinin məşğul olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov yubiley münasibətilə təhsil ocağının pedaqoji kollektivini təbrik edib, onlara yeni uğurlar arzulayıb. Peşə təhsi­li­nin ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə inkişaf yoluna qədəm qoyduğunu qeyd edən nazir onu da bildirib ki, 90-cı illərdə bu təhsil ocaqlarının bağlanma təhlükəsi yaranmışdı. Nazir ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra peşə təhsilinin inkişafına yenidən təkan verilməsini, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini toplantı iştirakçılarının nəzərinə çatdırıb. Nazir, həmçinin Prezident İlham Əliyevin tövsiyə və sərəncamlarına uyğun olaraq ayrı–ayrı rayonların iqtisadi xüsusiyyətləri və müvafiq tələblər nəzərə alınmaqla həmin rayonlarda peşə məktəblərinin tikiləcəyini açıqlayıb, buna misal olaraq İsmayıllı və Qəbələ rayonlarında tikilən peşə məktəblərini qeyd edib.
Mərasimdə 6 saylı Bakı Peşə Liseyinin direktoru və bir neçə müəllim nazirliyin “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilib.
Sonda tədbir iştirakçılarına yubiley mərasimi üçün hazırlanmış konsert proqramı təqdim olunub.


8 il əvvəl