• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyində «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində 8 layihə üzrə imzalanma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, «Azərsu» Səhmdar Cəmiyyətinin, Meliorasiya və Su Təsəssüfatı Açıq Səhmdar Cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının və kutləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Qonaqları salamlayan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiy­yətli səfiri Masamitsu Oki imzalanacaq layihələr haqqında ətraflı məlumat verərək onların hazılanmasında əməyi olanlara təşəkkürünü bildirib. Masamitsu Oki Yaponiya hökumətinin Azərbaycanda indiyədək 120-dən artıq layihəni həyata keçiridiyini və onların demək olar ki, bütün ölkəni əhatə etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik və möhkəm cansağlığı arzulayıb. Nazir Yaponiya hökumətinin Azərbaycanda təhsil sahəsinə xüsusilə maraq göstər­məsindən, maddi yardımlar etməsindən bəhs edib. Bu gün imzalanacaq 8 layihədən 3-nün təhsillə bağlı olduğunu bildirən təhsil naziri indiyədək «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində 60-a yaxın əhəmiyyətli layihənin həyata keçirildiyini diqqətə çatdırıb. Misir Mərdanov yardımların bununla bitmədiyini, «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı»ndan əlavə bir çox mühüm işlərin görüldüyünü və gələcəkdə Azərbaycanla Yaponiya arasında təhsil sahəsində çox ciddi addımların atılmasının nəzərdə tutduğunu vurğulayıb. Bu gün imzalanacaq layihələrin də uğurla həyata keçiriləcəyinə ümid etdiyini bildirən təhsil naziri çıxışının sonunda ölkəmizə göstərilən dost münasibətinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib və yapon xalqına ən xoş arzularını çatdırıb.
Mərasimdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnnovasiya, investisiya və ekoloji layihələrlə iş şöbəsinin müdiri Sadiq Şirəliyev, «Azərsu» Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri İlqar Tağıyev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Elm, layihə, tikinti və beynəlxalq əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov göstərilən maddi dəstəyə görə Yaponiya hökumətinə təşəkkür ediblər.
Sonra 8 layihə üzrə ümumi dəyəri 763 982 ABŞ dolları olan qrant müqavilələrini Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki, icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri və müvafiq rayon təhsil şöbəsinin rəhbəri imzalayıblar.


8 il əvvəl