Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qış imtahan sessiyası internet üzərindən canlı yayımlanır.
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qış imtahan sessiyası internet üzərindən canlı yayımlanır.
Vebkameralar vasitəsilə imtahan prosesini canlı izləmək mümkündür. “Livestream” saytı (http://www.livestream.com/aseu_test_room?t=56983) üzərindən yayımlanan görüntülər hər bir internet istifadəçisi üçün açıqdır.
Təhsil naziri Mikayıl Cabbarovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə müvafiq əmrinə uyğun olaraq, ADİU-da keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub. Onlar imtahan prosesində müşahidəçi qismində iştirak edirlər. Kütləvi informasiya vasitələrinin əməkdaşlarına da imtahan prosesini işıqlandırmaq imkanı yaradılıb.
İmtahan sessiyasında tələbələ və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə əsas tədris binasında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin qaynar xəttinə (146-1-3) müraciət etmək mümkündür.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30