• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçiriləcək.

Tədbirdə 30-dan çox media qurumunun təmsilçisi iştirak edəcək.
1979-cu ildə fəaliyyətə başlayan məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq yeni tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitqi qüsurlu olan 173 nəfər uşaq təlim-tərbiyə alır. Müəssisədəki uşaqların təlim tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.


8 il əvvəl