• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.

Dizayn, quruluş və məz­mun baxımından müvafiq tələblərə cavab verən yeni sayt Nazirliyin fə­a­liyyə­tinin ayrı – ayrı istiqamət­lərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, təh­sil sa­hə­si­nə dair normativ – hü­quqi bazanın vahid  mənbədə cəmləşdiril­mə­sini tə­min edir.
Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilib, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar verilib. Təhsilin bütün pillələrinə ayrıca yer verilən saytda davamlı olaraq keçirilən olimpiadalar, müsabiqələr barədə ətraflı məlumatlar və onların nəticələri əksini tapıb.
Struktur, funksionallıq və zəngin məlumat bazası baxımından fərqlənən saytda­­ orta ixtisas və ali məktəblərin siyahısı, onların əlaqə telefonları, internet və e-mail ünvanları verilib. Saytda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul qaydaları, müva­fiq elanlar, ali məktəblər, ixtisaslar, təhsil pilləsi və məzunlar haqqında dolğun məlu­mat­lar yer alıb. Orta ümumi təhsilin məzmunu, texniki peşə təhsili müəs­si­sələri və ixtisasları, dərslik siyasəti, təhsil sistemində elm, xarici ölkələrin ali təhsil sa­hə­sində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınan təhsilin Azər­bay­canda qüvvədə olan təhsil standartlarına uyğunluğunun mü­əy­yən edil­məsi prose­durunun həyata keçirilməsi qaydaları, ümumtəhsil məktəb­lərindəki vakan­siyalar, yeni qiymətləndirmə sistemi, məktəbdənkənar tərbiyə, təhsilin iqti­sa­diy­yatı, dövlət proqramları, layi­hə­lər, təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS), mək­tə­bəqədər təhsil və digər bölmələr saytın istifadəçilərinin təhsil sahəsinə aid bütün gərəkli məlumatları ala biləcəklərini deməyə əsas verir. Onu da qeyd edək ki, sayt­da istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləş­di­ril­ib. Mükəmməl axtarış sistemi və zəngin arxiv sayəsində istifadəçilər hər hansı bir məlumatı asanlıqla əldə edə biləcəklər.
Qanunvericilik bölməsində yerləşdirilən Azərbaycan Respublikasının Kons­ti­tu­siyası, qanunlar, fərman və sərəncamlar, Nazirlər Kabine­tinin qərarları, əsasna­mə­lər, əmrlər, təlimatlar, qaydalar, təhsil standartları, lisenziyanın verilmə qaydası və təhsil sahəsinə aid digər çoxsaylı normativ – hüquqi sənədlər də geniş icti­maiy­yətin marağına səbəb ola­caq­dır. Saytda rəhbərliyin qəbul günləri  yer alıb, nazir­liyin bütün şöbə və struktur rəhbərlərinin əlaqə telefonları, e-mail ünvanları ayrı­ca bölmədə verilib, “Qaynar xətt” xidməti, press-reliz, çıxışlar, təhsil KİV-ləri böl­mə­­ləri yaradılıb. Dinamik inkişaf proseslərini əks etdirən fotoqalereya saytın istifa­də­­çilərinə ölkəmizin təhsil həyatında baş verən əlamətdar hadisələrin və yenilik­lə­rin çatdırılmasını təmin edir. Saytda yerləşdirilən banerlər isə istifadəçilərə ölkə hə­ya­tına və təhsilin müxtəlif sahələrinə aid ətraflı məlumatlar almaq imkanı verir.
Onu da qeyd edək ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Təhsil sahə­sin­də aparılan islahatlar, əldə olunan uğurlar, ölkənin təhsil həyatında baş ve­rən yeni­lik­lər operativ şəkildə icti­maiyyətə çatdırılır, təhsilin bütün pillələrində müa­sir in­for­­masiya-kommu­nikasiya texnologiyalarının tətbiqi baxımından ciddi addım­lar atı­lır, elektron dərs­liklər hazırlanır, məktəblər kompüterləşdirilir, müəl­limlər in­for­ma­siya-kommuni­kasiya texnologiyaları üzrə davamlı treninqlərə cəlb olu­nur və di­­­gər müvafiq təd­bir­lər uğurla həyata keçirilir.


8 il əvvəl