• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 21-də Təhsil Nazirliyində Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki fəaliyyətinin 5 illiyi münasibətilə proqramın bir qrup təmsilçisi ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov çıxış edərək görüşün məqsədinin proqram çərçivəsində görülmüş işlərin vəziyyəti ilə tanışlıq, bu barədə ictimaiyyətə daha geniş məlumat vermək olduğunu qeyd edib. Nazir Akademik Təqaüdçülər Proqramının ölkəmiz üçün faydalı cəhətlərindən danışaraq bildirib ki, bu proqram çərçivəsində Bakı Dövlət Universitetində bir sıra ixtisaslar üzrə iş aparılır və müvafiq istiqamətdə böyük uğurlar əldə edilib. Nazir əlavə edib ki, son 5 ildə BDU ilə əməkdaşlıq çərçivəsində xaricdə təhsil almış 26 azərbaycanlı gənc, 6 əcnəbi professor bu proqramın maliyyə dəstəyini alaraq universitetin müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun dərslər tədris edib və təhsildə gedən islahatların birbaşa iştirakçıları olublar.
Misir Mərdanov proqramın təmsilçilərinə gördükləri faydalı işə görə təşəkkür edib, onun əhatə dairəsini daha da genişləndirilərək digər ali məktəblərin bu işə qoşulmasını məqsədəuyğun sayıb və layihənin həyata keçirilməsinə Təhsil Nazirliyinin hər zaman lazımi dəstək verəcəyini söyləyib.
Görüşdə söz alan Akademik Təqaüdçülər Proqramının region üzrə meneceri Magda Magradze səmimi qəbula və proqramın Azərbaycanda həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Xanım Magradze çıxışında Akademik Təqaüdçülər Proqramı haqqında məlumat verib, onun üstünlüklərindən danışıb.
Proqramın ölkə üzrə koordinatoru Raziyə İsayeva, Bakı Dövlət Universitetindən olan iştirakçıları görüşdə çıxış edərək Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki 5 illik fəaliyyətindən, nailiyyətlərindən, cəlb olunmuş müəllimlər tərəfindən proqramın necə dəyərləndirilməsindən söz açıblar.
Çıxışlardan aydın olub ki, Akademik Təqaüdçülər Proqramı 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı tərəfindən Şərqi Avropada, keçmiş Sovetlər Birliyi ölkələrində ali təhsildə aparılan islahatlara dəstək məqsədilə yaradılıb. Proqram fəaliyyət göstərdiyi ölkələrdə ali təhsildə gedən islahatlarda yaxından iştirak edir, akademik şəbəkəsinin yerli, regional və qlobal şəkildə qurulmasına yardımçı olur. Bu proqram həm universitet rəhbərlikləri, həm də gənc müəllimlərlə iş aparır, seçilmiş universitetlərin kafedralarında yenilik və islahatların həyata keçirilməsinə yardım göstərir, xaricdə təhsilini başa vurub vətənlərinə geri dönmüş gənc müəllimləri ali təhsil müəssisələrində işə cəlb edir və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin Akademik Təqaüdçülər Proqramına cəlb edilməsi istiqamətində müəyyən işlər aparıldığı qeyd olunub.


8 il əvvəl