• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 17-də Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu gün həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür. Rektor bu tədbirin ölkəmizin bütün ali məktəblərində təntənəli şəkildə qeyd olunduğunu vurğulayaraq Beynəlxalq Tələbə Gününün yaranma tarixindən söz açıb.
Milli Dirçəliş Günü və  Beynəlxalq Tələbə Günü münasibətilə tələbələri təb­rik edən təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti və onlara qayğısından söz açaraq bildirib ki, ölkəmizdə təhsil daim inkişaf edir, müasir məktəblər tikilir və yeni təhsil strategiyası tətbiq olunur. Möhtərəm Preziden­ti­mi­zin bu sahəyə diqqət və qayğısından bəhs edən nazir təhsillə bağlı olduqca əhəmiyyətli fərman və sərəncamların imzalandığını, Dövlət Proqramlarının uğurla həyata keçirildiyini qeyd edib. Azərbaycan gəncləri qarşı­sında duran bir sıra ümdə vəzifələrə toxunan Misir Mərdanov onların müasir informasiya texnologiyalarından istifadə imkanlarına yiyələnmələrinin və dünya təcrübəsindən bəhrələnmələrinin zəruriliyini vurğulayıb.
Misir Mərdanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gəncləri həmişə yük­sək qiy­mətləndirdiyini, onlarla mütəmadi olaraq görüşdüyünü, qabiliyyət və bacarıqlarına xüsusi dəyər verdiyini bildirib. Nazir bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsini, tələ­bə­lərə adlı təqaüdlərinin verilməsini, gənclərin xarici ölkələrə ali təhsil al­mağa göndərilməsini buna  nümunə olduğunu bildirib. Təhsil naziri eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Bayram tədbirində Milli Məclisin üzvü Rəbiyyət Aslanova çıxış  edib.
Tədbir ali məktəb tələbələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.


8 il əvvəl