• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 16-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin “Konstitusiya günü”nə həsr olunmuş 58-ci elmi-texniki konfransı öz işinə başlayıb.

Konfransdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin akademiyanın girişindəki büstünün qarşısına gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə ADNA-nın rektoru Siyavuş Qarayev açaraq bugünkü konfransın əhəmiyyətindən, tələbə elmi cəmiyyətinin akademiyadakı fəaliyyətindən və elmi-tədqiqat işlərinə cəlb olunan tələbələrin işindən ətraflı danışıb.
Konfransda iştirak edən təhsil naziri Misir Mərdanov bildirib ki, ötən illərdə olduğu kimi, 2009-cu il də ölkə rəhbərliyinin elm və tədrisin inkişafına yönəlmiş mühüm qərarları ilə yadda qalacaq. Nazir təhsil işçilərinin və tələbələrin ümdə borcunun ölkə rəhbərliyinin diqqət və qayğısına cavab olaraq, səylə çalışmaq, tədrisdə, təhsildə və elmi-tədqiqat işlərində yeni uğurlar əldə etmək olduğunu qeyd edib. Misir Mərdanov akademiyanın professor-müəllim heyətini və tələbələri konfrans münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarından AMEA-nın Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İbrahim Quliyev, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, tələbələrdən Mehriban Məlikova, Kamal Quliyev və başqaları çıxış ediblər.
Konfrans öz işini ayrı-ayrı bölmələr üzrə davam etdirəcək.


8 il əvvəl