• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 9-da Təhsil Nazirliyində Dünya Bankının “İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi” mövzusunda Monteneqro Respublikasının Budva şəhərində keçirilən V təhsil konfransında iştirak etmiş nümayəndə heyətinin təqdimatı olub.

Təhsil naziri Misir Mərdanov konfransla bağlı çıxış etmək üçün sözü nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevə verib. Ş.Əliyev bildirib ki, 27-29 oktyabr tarixlərində keçirilən bu konfransda dünyanın 31 ölkəsindən 112 iştirakçı təmsil olunub. Ş.Əliyev konfransda müxtəlif ölkələrin təhsil nazirlərinin, təhsil nazirlikləri əməkdaşlarının, universitet rektorlarının və Dünya Bankı mütəxəssislərinin iştirak etdiyini qeyd edib. Konfransın əhatə etdiyi məsələlərdən söz açan şöbə müdiri tədbirin giriş, plenar və qrup sessiyalarından ibarət olmaqla iki gün davam etdiyini, ali təhsilin maliyyələşdirilməsi, ali təhsil müəssisələrinin xərcləri, iqtisadi böhranın ali təhsilə təsiri və digər bu kimi mövzular üzrə müzakirələr aparıldığını vurğulayıb.
Ş.Əliyev konfransda dünyanın müxtəlif ölkələri nümayəndələrinin “Ali təhsilin maliyyələşdirilməsində ədalət, keyfiyyət və effektivlik necə təmin edilməlidir?”,“Çilidə ali təhsilin maliyyələşdirilməsi”, “Xərclərin bölüşdürülməsi”, “Litvada ali təhsil islahatları-2009” və digər mövzularda təqdimat-məruzələrin dinlənildiyini, elədə də ali təhsilin maliyyələşdirilməsi ilə bağlı müqayisəli məsələləri diqqətə çatdırıb.
Sonda bu konfransdan əldə edilən nəticələrin ali təhsilin maliyyələşdirilməsi istiqamətində mühüm əhəmiyyəti olacağı qeyd edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


8 il əvvəl