• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 13-də “Kempinski Badamdar” otelində “Sabahın alimləri” III Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF müsabiqəsində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Faktiki olaraq, bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfüzlü beynəlxalq müsabiqəyə seçim turudur.
Müsabiqənin açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, İntel İSEF-in MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva, "Mədəd" təşkilatının icraçı direktoru Vüsal Xanlarov, ali təhsil müəssisələrinin rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
“Sabahın alimləri” III Respublika Müsabiqəsində Bakı, Sumqayıt və Naxçıvanda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edir. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Mədəd” Təşkilatıdır. Müsabiqəyə elmi dəstək verən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetlərinin professor-müəllim heyəti tərəfindən gələcəyin alimləri üçün elmi ünsiyyət mühitinin formalaşmasına xüsusi diqqət yetirilir. Şagirdlərə qeyd olunan təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək və elmi rəhbərləri ilə birgə tədqiqat aparmaq imkanı yaradılıb.
Müsabiqə 8 kateqoriya üzrə (riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri) keçirilir. Müsabiqədə 108 şagird 65 elmi layihə ilə iştirak edir. Həmin layihələrdən 36-ı kollektiv, 29-u isə fərdidir. Layihələrin qiymətləndirilməsi üçün hər kateqoriya üzrə respublikamızın aparıcı alimlərindən ibarət Münsiflər Heyəti yaradılıb. Müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilir. Müsabiqənin final mərhələsinə Elmi Ekspertiza Komitəsi tərəfindən baxış keçirilən və annotasiyaları təsdiq edilən layihələr buraxılır.
Üç gün davam edəcək müsabiqədə layihələrin qiymətləndirilməsi və ölkəmizin görkəmli alimləri ilə şagirglərin görüşü keçiriləcək. Bakı və Sumqayıt şəhərlərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış ola biləcəklər. Sonra müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaqdır.
Münsiflər heyəti tərəfindən seçilmiş 5 şagird cari ilin may ayında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək imkanı qazanacaqdır.


8 il əvvəl