• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 24-də Təhsil Nazirliyində “2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ötən dərs ilində ilk dəfə ölkəmizin bütün ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyini və nəticələrin qənaətbəxş olduğunu qeyd edib. İmtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsinin əhəmiyyətinə toxunan nazir bildirib ki, burada əsas məqsəd təhsil işçilərinin, məktəb rəhbərlərinin müəllim, şagird və valideynlərlə əlaqəsini möhkəmlətmək, məktəbin və müəllimin nüfuzunu qaldırmaqdır. Nazir mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlar zamanı nəzarətçilərin fəaliyyətində ciddi nöqsanlara yol verildiyini, imtahanlara şagirdlər tərəfindən mobil telefon gətirilməsini, bəzi yerlərdən şagirdlər barədə baza məlumatların vaxtında çatdırılmamasını, variantlar, test tapşırıqları ilə bağlı problemlər yarandığını diqqətə çatdırıb, onların aradan qaldırılması məqsədilə tapşırıq və tövsiyələrini verib.
Təhsil naziri 2009-2010-cu dərs ilində IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi barədə qərar qəbul olunduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, gələn il XI sinfi bitirənlər 8, IX sinif şagirdləri isə 2 fəndən imtahan verəcək. Nazir bununla əlaqədar təhsil işçilərinin qarşısında mühüm vəzifələr durduğunu bildirib, məktəb rəhbərləri və təhsil şöbə müdirlərinin qeyd olunan məsələyə daha məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb.
Nazir öz çıxışında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imatahanlarının daha da təkmilləşdirilməsinin təmin edilməsi ilə bağlı atılacaq addımlardan da danışıb.
Kollegiya iclasında Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva 2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və qarşıda duran vəzifələr mövzusunda təqdimat edib. T. Hacıyeva təqdimatında buraxılış imtahanlarının müxtəlif parametrlər üzrə aparılmış təhlilləri ilə kollegiya iştirakçılarını tanış edib, imtahanların nəticələrinə əsasən reytinq cədvəlində ən yüksək və ən aşağı 50 yer tutan məktəblərin adlarını açıqlayıb.
Təqdimatda imtahanlarda yol verilən nöqsanlardan danışılıb, habelə qarşıda duran vəzifələrdən bəhs olunub.


8 il əvvəl