• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 24-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məsələ müzakirə olunub. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin, bölgələrdəki ixtisasartırma təhsili verən müəssisələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda fəaliyyət göstərən ixtisasartırma təhsili müəssisələri, bu sahədə görülən işlər, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələrdən bəhs olunub, 2009-cu ilin may ayında ixtisasartırma təhsilinin vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eləcə də bu sahədəki mövcud problemlər və onların aradan qaldırılması üçün əhəmiyyətli olan dünya təcrübəsindən söz açılıb.
Daha sonra Misir Mərdanov ixtisasartırma təhsili üzrə təklif olunan yeni modelin əsas xüsusiyyətləri, ixtisasartırma təhsili proqramlarının qurulduğu modullar, onların mahiyyəti, tətbiqi üçün hazırlanan sənədlər və bununla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, bu sənədlərdən biri-«Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə» layihəsi müvafiq müəssisə və təşkilatlara rəyə göndərilib və verilən rəylər nəzərə alınıb.
Monitorda yeni modelin mövcud ixtisasartırma sistemi ilə müqayisəli təhlilinə aid slaydlar nümayiş etdirilib.
Məruzə-təqdimatdan sonra müzakirə olunan məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq problemlərin aradan qaldırılması məqsədilə təkliflər verilib.


8 il əvvəl