• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 17-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq konfrans işə başlayıb.

Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə keçirilən konfransda yerli mütəxəssislərlə yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Norveç, İsveçrə, İngiltərə, Gürcüstan, Almaniya və digər ölkələrdən neft-kimya mütəxəssisləri də iştirak edirlər.
Beynəlxalq konfransda neft-kimya sənayesinin perspektiv inkişafı, yeni layihələrin həyata keçirilməsi, müasir kimya texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələləri ətrafında müzakirələr aparılacaqdır.
Tədbirdə neft kimyasının nəzəri və praktik məsələləri, fiziki və analitik kimyanın aktual problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və digər aktual məsələlərlə bağlı çıxış və məruzələr dinləniləcək, diskussiyalar təşkil olunacaqdır.
Beş gün davam edəcək beynəlxalq konfransın açılış mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, bu tədbir xaricdən gələn nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan mütəxəssislər arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına imkan verəcək. Konfransda dünyanın 12 ölkəsindən 100-dək mütəxəssisin iştirak etdiyini söyləyən nazir Azərbaycan elminin inkişafı baxımından konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. Təhsil naziri, həmçinin bu konfransın kimya elminin və kimya mühəndisliyinin inkişafına çox böyük təkan verəcəyini nəzərə çatdırıb.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə, “Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev və başqaları bildiriblər ki, bu konfransın keçirilməsi Azərbaycanın həm bugünkü tərəqqisi, həm də gələcəkdə sənaye potensialının inkişafı üçün vacib əhəmiyyət kəsb edir.


8 il əvvəl