• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 3-də Təhsil Nazirliyində ənənəvi Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayaraq bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, İDEA, “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə keçirilir. Nazir olimpiadasının keçirilməsinin məqsədinin dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlərlə bağlı gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsi və mədəni, tarixi, eləcə də sosial estetik dəyərləri qorumaqdan ibarət olduğunu qeyd edib.
Misir Mərdanov Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və iştirakçı ölkələrin sayının ildən-ilə artdığını vurğulayıb. Bu il keçirilən olimpiadanın coğrafiyasının çox geniş və əhatəli olduğunu qeyd edən təhsil naziri Azərbaycanla yanaşı, dünyanın 45 ölkəsindən 500-dək şagirdin yarışmada iştirak etdiyini bildirib. Nazir olimpiadanın yekununda daha güclülərin qalib gələcəyinə və iştirakçıların hər birinin Azərbaycandan xoş təəssüratla ayrılacağına əminliyini ifadə edib. Aprelin 5-də açılış mərasimi olacaq olimpiadaya Azərbaycanın 180 orta məktəbindən daxil olan 214 layihədən 78-nin, digər ölkələrdən təqdim edilən 625 layihədən isə 52-nin seçilməsi barədə məlumat verən Misir Mərdanov həmin layihələr arasından qaliblərin müəyyənləşdiriləcəyini nəzərə çatdırıb.
Olimpiadanın ölkəmizin daha yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə etməsində mühüm əhəmiyyətini nəzərə çatdıran təhsil naziri bu tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib.
Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanla, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı müəllim və şagirdlərlə dostluq əlaqələri yaratmağı tövsiyə edib. Çıxışının sonunda nazir olimpiada iştirakçılarına uğurlar arzulayıb və bütün ölkələrin yarışmanın yekun mərhələsinə qatılmış təmsilçilərinin əməyini yüksək dəyərləndirib.
Sonra Nepal, Anqola, İndoneziya, Əfqanıstan, Tailand və digər ölkələrdən olan iştirakçılar görüşdən məmnun olduqlarını nəzərə çatdırıb, göstərilən səmimi münasibətə görə təşəkkürlərini bildiriblər.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən  və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz da iştirak ediblər.


8 il əvvəl