• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 10-da Təhsil Nazirliyində növbəti tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələr, təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir, tikinti, təchizat məsələləri barədə söz açıb.  
Nazir Azərbaycan təhsilinə göstərilən dövlət qayğısından, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülmüş işlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə imzalanmış “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlərdən bəhs edib.  
Misir Mərdanov son illərin ənənəsinə uyğun olaraq sentyabr ayının əvvəllərində ölkəmizin rəhbər təhsil işçilərinin respublika müşavirəsinin keçiriləcəyini bildirib. Nazir qeyd edib ki, daha sonra yerlərdə təhsil işçilərinin konfransları təşkil ediləcək, qazanılan uğurlar, həllini gözləyən məsələlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.  
Yeni tədris ilindən etibarən Bakı şəhərində, gələn ildən isə ölkə üzrə bütün orta məktəblərdə vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin internet saytında elanların verilməsinin nəzərdə tutulduğunu söyləyən nazir işə qəbul olunmaq istəyən müəllimlərin elektron ərizə ilə müraciət etməsinin qərara alındığını diqqətə çatdırıb.  
Müşavirədə Təhsil Nazirliyi ilə beynəlxalq qurumların həyata keçirdiyi birgə layihələr, tədris prosesində keyfiyyətin daha da yüksəldilməsi, dünyada tanınmış azərbaycanlı elm adamları ilə əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.


8 il əvvəl