• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 13-də Təhsil Nazirliyində “Çağ” Öyrətim İşlətmələri Şirkəti liseylərinin beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdləri ilə görüş keçirilib.

Qeyd edək ki, həmin şagirdlər 1-10 dekabr 2012-ci il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş Beynəlxalq təbiət elmləri olimpiadasında (İJSO) 4 bürünc, 13-20 yanvar 2013-cü il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilmiş Beynəlxalq Jautikov fizika-riyaziyyat və informatika olimpiadasında 1 gümüş, 3 bürünc medal qazanıb və 2 həvəsləndirici sertifikat əldə ediblər.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Nazir ölkəmizdə istedadlı uşaq və gənclərin aşkar olunması, onlara xüsusi diqqət və qayğı göstərilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bu işin respublikamızda müxtəlif proqramlar çərçivəsində həyata keçirildiyini deyən Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda müvafiq sahədəki fəaliyyətini yüksək dəyərləndirib.
Daha sonra Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında, müsabiqə və olimpiadalarda iştirakının əhəmiyyətindən söz açan nazir hər bir olimpiadaya xüsusi proqram əsasında ən azı bir il öncədən hazırlaşmağın vacibliyini qeyd edib. Təhsil naziri belə yarışlarda uğur qazanılması məqsədilə ali təhsil müəssisələrinin, AMEA-nın elmi-tədqiqat institutlarının ümumi təhsil məktəbləri ilə əlaqələrinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti liseylərinin yetirmələrinin bilik yarışlarında əldə etdikləri nailiyyətlərlə daim nümunə olduqlarını vurğulayan Misir Mərdanov çıxışının sonunda bu qurumun rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib. Nazir beynəlxalq olimpiadalarda fərqlənmiş şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik edib, şagirdlərə gələcəkdə keçiriləcək ən nüfuzlu bilik yarışlarında böyük uğurlar qazanmağı arzulayıb.
Tədbirdə beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdlərə hədiyyələr təqdim olunub.


8 il əvvəl