• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 27-də «XXI əsrdə yeni təhsil yanaşması» mövzusunda konfrans keçirilib.

Tədbirdə qeyd olunub ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə bağlanmış müqaviləyə əsasən «Edumedia-Azərbaycan» təşkilatı «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində 1 ildir ki, pilot layihə həyata keçirir. Bu qurum respublika üzrə 48 təhsil müəssisəsində 100 ədəd interaktiv lövhə quraşdırıb. Bununla əlaqədar həmin məktəblərdə interaktiv lövhələrin istifadə qaydaları ilə bağlı müəllimlərə təlimlər keçirilib.
Sonra «Prometean» şirkətinin Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə direktoru Hendrik Brons ««Prometean»» şirkəti: təhsilə baxış», təhsil üzrə rəhbəri Devid Feyrbarn-Day «XXI əsrdə tədris və bu günün təhsili qarşısındakı çətinliklər», Mərkəzi Asiya və Sərgi Avropa üzrə satış meneceri Con Makdermot «Həllə əsaslanan yanaşma» mövzularında təqdimatlarla çıxış ediblər.
Konfransda interaktiv–rəqəmsal dərs nümayiş etdirilib, XXI əsr təhsilinin əsas hədəfləri, elektron təhsilin məzmunu, qiymətləndirmə, şagirdyönümlü təhsil, interaktiv sinif texnologiyaları və digər məsələlərdən bəhs olunub.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq müasir təhsil sistemində İKT-nin əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, bu gün bütün digər sahələrdə olduğu kimi, təhsil prosesini də İKT-nin tətbiqi olmadan təsəvvür etmək qeyri-mümkündür. Son illər təhsildə İKT-nin tətbiqi ilə bağlı mühüm işlər görüldüyünü nəzərə çatdıran Misir Mərdanov bu baxımdan qarşıda duran ümdə vəzifələrə toxunub.
Təhsil naziri müasir informasiya texnologiyalarının inkişaf sürətinin yüksək olduğunu söyləyib və müəllimləri daim təkmilləşməyə can atmağa, beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə peşəkarlıq səviyyələrini yüksəltməyə səsləyib. Təhsil müəssisələrinin rəhbərlərinə, müəllimlərə müzakirələrdə fəal iştirak etməyi, şirkətin əməkdaşları ilə sıx əlaqə saxlamağı tövsiyə edən nazir çıxışının sonunda «Prometean» şirkətinin təmsilçilərinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb və təhsil müəssisələri nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilib.


8 il əvvəl