• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) «Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar» mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, Belarus və Uruqvayın bir sıra ali məktəblərinin rektorları, tanınmış pedaqoqlar və elm adamları iştirak ediblər.
Konfransdan öncə təhsil naziri Misir Mərdanov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatları, ali məktəb rektorları, tanınmış alim və pedaqoqlar, müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar, respublikamızda fəaliyyət göstərən bir sıra diplomatik korpusların nümayəndələri bu təhsil müəssisəsindəki Heydər Əliyev Mərkəzində olub və ulu öndərin büstü önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra qonaqlar mərkəzdə ümummilli lider Heydər Əliyevin və dövlət başçısı cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotostendlərlə tanış olublar.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı konfransın həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edən aktual problemlərə həsr olunduğunu bildirib və müasir dövrdə müəllim hazırlayan ali məktəblərin qarşısında duran ümdə vəzifələrdən söz açıb. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində müəllim hazırlığı, əlavə təhsillə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı danışıb.
Təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq tədbirdə müzakirə olunacaq mövzuların aktuallığı barədə fikirlərini bildirib. Nazir konfransda ilkin müəllim hazırlığı, əlavə təhsil və onun istiqamətlərindən biri olan ixtisasartırma problemlərinin müzakirə ediləcəyini söyləyib. Hər bir ölkənin gələcəyinin ilk növbədə, həmin ölkədə təhsilin inkişafından, məktəb və müəllimin fəaliyyətindən birbaşa asılı olduğunu deyən Misir Mərdanov dünyada tanınmış şəxsiyyətlərin müəllim haqqında söylədiyi dəyərli fikirləri diqqətə çatdırıb.
Ölkəmizdə müəllim hazırlığı və pedaqoji təhsilin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar barədə konfrans iştirakçılarına geniş məlumat verən nazir Azərbaycanda təhsil infrastrukturunun əsaslı şəkildə yeniləşdirildiyini, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu bildirib. Təhsil naziri müasir dövrdə müəllim hazırlığı və əlavə təhsilin qarşısında duran bir sıra mühüm vəzifələrə də toxunub. Nazir, həmçinin hazırda əlavə təhsilin istiqamətləri arasında daha çox diqqət yetirilən sahə olan ixtisasartırma təhsilindən, bununla bağlı həyata keçirilən tədbirlərdən söhbət açıb.
Təhsil naziri yeni ixtisasartırma modelinin üstünlüklərini və ənənəvi modeldən fərqli cəhətlərini diqqətə çatdırıb, təhsildə İKT-nin tətbiqi məsələlərindən bəhs edib. Respublikamızda müəllim hazırlığı və əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışan Misir Mərdanov konfransın müəllim hazırlığı, əlavə təhsil, ixtisasartırma təhsili və digər məsələlərlə bağlı təcrübə mübadiləsi aparmaq, həmçinin müvafiq problemlərin təhlili baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Tədbirdə Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin rektoru Viktor Oleynik “Ukraynada diplomdansonrakı təhsil sistemi üçün elmi və elmi pedaqoji kadrların hazırlanması: yanaşmalar və perspektivlər” mövzusunda təqdimat edib.
Sonra konfrans öz işini 6 bölmə üzrə davam etdirib. 3 gün davam edəcək beynəlxalq konfransda müasir şəraitdə müəllim hazırlığının aktual məsələlərindən, bu sahədə yeni təlim texnologiyalarının əhəmiyyətindən, əldə edilmiş uğurlardan söz açılacaq, çoxsaylı məruzələr dinləniləcək, müəllim hazırlığının inkişaf perspektivləri müəyyənləşdiriləcəkdir.
Konfrans çərçivəsində, həmçinin ukraynalı elm adamlarının iştirakı ilə «Ukraynada diplomdansonrakı pedaqoji təhsilin modernləşdirilməsi» mövzusunda «dəyirmi masa»nın təşkil edilməsi nəzərdə tutulub.


8 il əvvəl