• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı və həmin mərkəzdə aparılmış təlimlərin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə ADPU-nun rektoru Yusif Məmmədov açaraq Müasir  Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin fəaliyyəti barədə qısa məlumat verib.
Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin rəhbəri Fəxrəddin Yusifov mərkəzin kurikulum islahatlarının səmərəliliyinin artırılmasına dəstək məqsədilə yaradıldığını bildirib. Mərkəzdə müəllimlərin müasir təlim texnologiyaları ilə bağlı hərtərəfli biliklərə yiyələndiklərini söyləyən F.Yusifov artıq 137 nəfər müəllimin fəal təlim kurslarından keçdiyini vurğulayıb.
Tədbirdə iştirak edən YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard yeni yaradılmış mərkəzin fəaliyyətini yüksək qiymətləndirib. O, YUNİSEF-in Resurs Mərkəzinin texniki təchizatına köməklik göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Təhsil naziri Misir Mərdanov öncə ADPU-da fəaliyyət göstərən Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzi ilə tanışlığından məmnunluğunu ifadə edib. Mərkəzdə yaradılmış şərait və imkanlar haqqında fikirlərini bildirən nazir Azərbaycanın müstəqillik illərində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də ciddi uğurlar qazandığını söyləyib.
Müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin işinin günün tələbləri səviyyəsində təşkili üçün həyata keçiriləcək zəruri tədbirlərə diqqət çəkən nazir bu təhsil ocaqlarında çalışan müəllimlərin orta məktəblərdə gedən proseslərlə daha yaxından tanış olmasının əhəmiyyətinə toxunub. Təhsil naziri ADPU-nun müəllim hazırlığı sahəsində zəngin təcrübəsi olduğunu bildirərək burada təhsil alan tələbələrin müəllim kimi hərtərəfli hazırlıq keçməsinin zəruriliyini qeyd edib.
 Misir Mərdanov, həmçinin digər ali məktəblərdə də müvafiq mərkəzlərin yaradılmasının əhəmiyyətindən bəhs edib.
 Daha sonra Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzində fəal təlim kurslarını bitirmiş müəllimlərə sertifikatlar təqdim olunub.


8 il əvvəl