• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 20-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində orta ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların respublika müsabiqəsinin təntənəli açılışı, püşkatma mərasimi və konsert keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 mart 2012-ci il tarixli 307 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təşkil edilmiş müsabiqə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunub.
Müsabiqə zona və respublika mərhələləri olmaqla fortepiano, orkestr alətləri, xalq çalğı alətləri nominasiyaları üzrə keçirilir.
22 noyabr 2012-ci il tarixdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müsabiqənin yekun konsert keçiriləcəkdir.
Müsabiqənin qalibləri Təhsil Nazirliyinin diplomu və hədiyyələrlə mükafatlandırılacaqlar.


8 il əvvəl