• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi işinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirləri uğurla davam etdirir.

Belə ki, 2013-2014-cü tədris ilində V və VI sinif şagirdlərinə dərs deyəcək və bu günədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılır.
Məlum olduğu kimi, ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları hazırlanaraq təsdiq edilib. Artıq orta məktəblərin I-V siniflərində yeni fənn kurikulumlarının tətbiqi uğurla həyata keçirilməkdədir.
Onu da qeyd edək ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında həyata keçiriləcək təlimlər yeni fənn kurikulumlarının tətbiqi sahəsində müəllimlərin nəzəri və praktik hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət edir.
Qeyd olunan təlimlərin keçirilməsinə 2013-cü ilin iyunundan başlanacaqdır.


8 il əvvəl