• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 24-də Təhsil Nazirliyində tələbələrin XVII Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə iştirakçıları salamlayıb və onları qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə həmişə yüksək diqqət və qayğı ilə yanaşdığını qeyd edən təhsil naziri, həmçinin dövlət başçımızın uğurlu daxili və xarici siyasətindən danışıb.
Daha sonra nazir əlavə edib ki, tələbələrin XVII Respublika fənn olimpiadası cari ilin mayında Azərbaycan Dövlət Pedaqoji Universitetin bazasında Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Olimpiadanın 12 fənn (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili) üzrə keçirildiyini diqqətə çatdıran Misir Mərdanov bildirib ki, yekun turda 39 ali məktəbdə təhsil alan 655 tələbə iştirak edib. Nazir həmin tələbələrin Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Zaqatala və Quba şəhərlərində yerləşən 32 dövlət, 7 qeyri-dövlət ali təhsil müəssisəsi və onların filiallarında keçirilən olimpiadaların qalibləri sırasından seçilərək respublika turuna vəsiqə qazandıqlarını deyib.
Olimpiadada ölkəmizin bölgələrində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin təmsil olunduğunu vurğulayan təhsil naziri qaliblərin Təşkilat Komitəsi və Münsiflər Heyəti tərəfindən müəyyən edildiyini və I yerə 10, II yerə 23, III yerə 36, həvəsləndirici yerə isə 51 tələbənin layiq görüldüyünü bildirib. Misir Mərdanov əlavə edib ki, olimpiadada iştirak edən 39 ali təhsil müəssisəsindən 24-nün tələbələri müvəffəqiyyət qazanıb, habelə 16 ali məktəbin tələbələri I, II və III yerlərə layiq görülüb, 8 ali məktəbin tələbələri isə yalnız həvəsləndirici yerlər tutublar.
 Ali məktəblər üzrə qaliblərin sayını açıqlayan Misir Mərdanov daha sonra tələbələrin fənn olimpiadasının keçdiyi yola nəzər salıb və olimpiadanın ilk dəfə 1994-cü ildə 4 fənn üzrə təşkil olunduğu qeyd edib. Nazir, həmçinin bu sahə üzrə perspektiv fəaliyyət istiqamətlərindən də söz açıb.
Çıxışının sonunda təhsil naziri Misir Mərdanov qalibləri qazandıqları uğur münasibətilə təbrik edib və olimpiadanın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev olimpiada qaliblərini təbrik edib, ölkə Prezidentinin təhsilə, xüsusilə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Sonda tələbələrin XVII Respublika fənn olimpiadasının qaliblərinə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və pul mükafatları təqdim olunub. Mərasimdə, həmçinin Münsiflər Heyətinin üzvlərinə səmərəli və məhsuldar fəaliyyətlərinə görə Fəxri fərman, sədrlərinə isə Fəxri fərmanla birgə pul mükafatları verilib.


8 il əvvəl