• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 31-də Təhsil Nazirliyində 2011-2012-ci dərs ilinin əsas göstəriciləri və 2012-2013-cü dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ötən dərs ilində təhsil sahəsində görülmüş işlərdən söz açıb, növbəti tədris ilinin də uğurlu olacağına inamını ifadə edib. Nazir yeni dərs ilində ölkə üzrə 4523 ümumi təhsil müəssisəsində 1304687 nəfər şagirdin təlim-tərbiyəsi ilə 150998 müəllimin məşğul olacağını nəzərə çatdırıb və 130454 şagirdin I sinfə qəbul olunacağının proqnozlaşdırıldığını bildirib.
Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan addımlara diqqət çəkən Misir Mərdanov 50000 yerlik 167 yeni təhsil müəssisəsinin  yeni dərs ilindən istifadəyə veriləcəyini qeyd edib. Təhsil naziri 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpusların inşa olunduğunu, 103 məktəbin isə əsaslı təmir edildiyini nəzərə çatdırıb.
Respublikamızda təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayan nazir dövlət büdcəsindən təhsil sisteminə ayrılan vəsaitlərin ilbəil artmasını ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan daimi qayğısı kimi səciyyələndirərək fikrini konkret rəqəmlərlə əsaslandırıb. Misir Mərdanov dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq yaxın gələcəkdə bütün ümumi təhsil müəssisələrinin təmir olunması, yeni avadanlıqlarla təmin edilməsi və mövcud tələbata uyğunlaşdırılması məsələlərinin həllini tapacağını bildirib.
2012-2013-cü dərs ilinə ümumi təhsil məktəbləri üçün 194 adda 4018990 nüsxə dərslik və metodik vəsaitin çap edilərək məktəblərə çatdırıldığını söyləyən nazir 500 məktəbdə kitabxanaların modernləşdirilməsi işinin davam etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Təhsil naziri müəllimlərin işə qəbulu mexanizminin beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirildiyini, bu il 16 mindən çox elektron ərizənin qeydə alındığını və müsabiqənin yekunlarına əsasən 2500-dən çox müəllimin ölkənin ümumi təhsil məktəblərindəki vakant yerlərə işə qəbul edildiyini nəzərə çatdırıb, bütün bu məsələlərlə əlaqədar qarşıda duran vəzifələrdən söhbət açıb.
Təhsilin məzmunu, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, De-institutlaşdırma, təhsildə İKT-nin tətbiqi, məktəbdənkənar təhsil, əlavə təhsil, xaricdə təhsil, təhsil sənədlərinin tanınması sahəsində görülmüş işlərdən bəhs edən nazir qarşıda duran vəzifələrə dair fikirlərini bildirib. Misir Mərdanov, həmçinin təhsil işçilərinin ənənəvi sentyabr konfranslarına hazırlıqla bağlı məsələlərə toxunub, müvafiq tövsiyə və tapşırıqlarını verib.


8 il əvvəl