• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tələbələrin XVII Respublika fənn olimpiadasının II turunun açılış mərasimi olub.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq may ayının əlamətdar hadisələrlə və bayramlarla zəngin olduğunu qeyd edib. Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün xalqımız tərəfindən təntənəli şəkildə qeyd olunduğunu deyən nazir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan dahi şəxsiyyətin ölkə təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Misir Mərdanov bildirib ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafına xüsusi diqqət yetirilir. Son illər ölkə gənclərinin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradıldığını deyən nazir dövlət başçısının rəhbərliyi altında xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlər barədə də məlumat verib.
Olimpiadanın əhəmiyyətinə toxunan təhsil naziri bu bilik yarışının tələbələrin müxtəlif fənlərə marağının artmasına şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirib. Nazir müvafiq statistik rəqəmləri nəzərinə çatdıraraq qeyd edib ki, 2 turdan ibarət olan olimpiadanın iştirakçıları 12 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) biliklərini sınayacaqlar.
Olimpiadanın cari ilin mart ayında ali təhsil müəssisələrində keçirilmiş I turunda 2000-ə yaxın tələbənin iştirak etdiyini bildirən nazir II tura 31 dövlət və 8 qeyri-dövlət ali təhsil müəssisəsindən 750 tələbənin qatıldığını nəzərə çatdırıb. Təhsil naziri II turda Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir və respublikamızın digər şəhərlərində fəaliyyət göstərən ali məktəblərin də təmsil olunduğunu söyləyib.
Misir Mərdanov 2007-ci ildən etibarən ali məktəb tələbələrinin fənn olimpiadasının Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirildiyini qeyd edib. Tələbələrin fənn olimpiadasının münsiflər heyətində respublikamızın tanınmış alim və pedaqoqlarının təmsil olunduğunu nəzərə çatdıran nazir, ümumilikdə bilik yarışının keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və tələbələrə uğurlar arzulayıb.
Mərasimdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov çıxış edərək ali məktəb tələbələrinin elmi-tədqiqat işinə cəlb olunması, onlarda elmə marağın artırılması baxımından olimpiadanın əhəmiyyətindən söz açıblar.
Açılış mərasimindən sonra ali məktəb tələbələrinin XVII Respublika fənn olimpiadasının II turuna start verilib.
Onu da qeyd edək ki, olimpiadanın qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplomlar, hədiyyələr və pul mükafatları təqdim olunacaq.


8 il əvvəl