• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

27 aprel–7 may 2012-ci il tarixlərində Rumıniyanın Yası (İassi) şəhərində məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatı keçirilib.

İsveçrə sistemi ilə 6 yaş qrupu üzrə keçirilən çempionatda 36 ölkədən 284-ü oğlan, 369-u qız olmaqla 653 məktəbli iştirak edib. Azərbaycan bu yarışda Təhsil Nazirliyinin 24 şahmatçıdan ibarət komandası ilə təmsil olunub.
Çempionatda Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdi Günay Məmmədzadə qızıl, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin  yetirməsi, Bakı şəhəri 212 nömrəli tam orta məktəbin şagirdi Nərmin Məmmədova, Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Şahəliyev, Ucar Rayon Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Ucar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xatın Bağırova gümüş medala layiq görülüblər. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin şagirdi Aytən Əmrayeva və Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi, Bakı şəhəri 13 nömrəli tam orta məktəbin şagirdi Nərmin Söyünlü isə bürünc medal qazanıblar.
Çempionatda Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirmələri Ümid Aslanov 5-ci yeri tutaraq kubok və medalla, Elxan Bayramov 7-ci, Abdulla Qədimbəyli isə 10-cu yeri tutaraq diplomla təltif olunublar.


8 il əvvəl